Tam mətn formasında buradan oxuya bilərsiniz

Arif Hacılı

22.01.1962

Arif Mustafa oğlu Hacılı 1962 ci il Yanvar ayının 22 də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Orta təhsilini Zaqatala rayonu Yuxarı Tala kənd 1 saylı orta məktəbdə alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsəni bitirib. İlk gəncliyi illərində inşaat briqadasında fəhlə, yerli radio verilişləri redaksiyasında redaktor işləyib. Bu illərdə müxtəlif yerli Sovetlərə deputat seçilib.

1989-1991

Xalq Hərəkatı

Xalq Hərəkatına tələbə ikən, 1988 ci ildə Bakıda keçirilən noyabr mitinqləri zamanı qoşulub. 1989 cu ildə Zaqatalada AXC nin yerli təşkilatının yaradıcılarından biri və lideri olub. 1989 cu ilin sentyabr ayında AXC Ali Məclisinin üzvü seçilib. 1989 cu ilin sonu, 1990 cı ilin əvvəllərində AXC nin parçalanmasının qarşısının alınması, 20 yanvar hadisələrindən sonra isə bu təşkilatın toparlanması üçün xüsusi fəallıq göstərən Ali Meclis üzvlərindən biri olub.

1992-2000

1992 ci İldə Müsavat Partiyasının Bərpa Mərkəzi yarandığı gündən Müsavat partiyasının Berpa Merkezinin üzvü, 1994 cü ildən Müsavat partiyasının Seçki, Təşkilat məsələləri katibi,sonralar müavini, 2006 cı ildən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri olub. Arif Hacılı partiya quruculuğunda,ana müxalifət olaraq Müsavatın apardığı siyasi mübarizədə ,partiyanın iştirak etdiyi seçki kampaniyalarında misilsiz xidmətlərə malikdir. 1998 ci ildən Elçibəyin yaratdığı və sədri olduğu Büröv Azərbaycan Birliyinin sədr müavini olub. 1998 ci və 2000 ci ilərdə keçirilən kütləvi aksiyaların ,mitinq və nümayişlərin əsas təşkilatçılarından biri kimi dəfələrlə saxlanılıb və həbs edilib.
2003

Arif Hacılı Azərbaycanın siyasət tarixində ən güclü seçki kampaniyarından sayılan 2000 ci il parlament seçkiləri və 2003 cü il prezident seçkiləri zamanı təşkil olunan,müstəqil müşahidəçilərin rəyinə görə birində Müsavat Partiyasının,digərində isə Müsavat Partiyasının namizədi olan İsa Qəmbərin qalib gəldiyi seçki kampaniyalarına rəhbərlik edib. Son illərdə Azərbaycanda keçirilən ən kütləvi siyasi aksiya olan 12 oktyabr 2003 cü il tarixli mitinqin təşkilatçılarından biri və aparicisi olub. 16 oktyabr 2003 cü il tarıxdə Prezident seçkilərinin nəticələrinin saxtalaşdirilmasina qarşı keçirilən etiraz aksiyasının əsas təşkilatçılarından biri kimi həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. Arif Hacılı 2005 ci ildə əfv ərizəsi yazmadan Azərbaycan ictimaiyyətinin və beynəlxalq qurumların tələbləri nəzərə alınaraq azadlığa buraxıldıqdan sonra 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb,seçkilərdə 10 mindən çox seçicinin səsini toplayaraq bunu bütün məntəqələrdən olan protokollarla təsdiq etməyə nail olsa da bu dairədə seçkilərin nəticələri ləğv edilib, Arif Hacılı növbəti dəfə parlamentə buraxılmayıb.

Arif Hacılı 2009 cu ildə iki dəfədən artıq Prezident seçilməyə qoyulan Konstitusiya qadağasının aradan qaldırılması ilə bağlı keçirilən referendum zamanı buna etiraz məqsədi ilə Müsavat partiyası tərəfindən yaradılmış “Respublikaçılar” referendum qrupunun ümummilli kampaniyasına rəhbərlik edib. Arif Hacılı 2011 ci ildə “Ərəb Baharı” adlanan siyasi fəallıq dönəmində Müsavat partiyasının təşkil etdiyi 12 mart və İctimai Palatanın təşkil etdiyi 2 aprel mitinqlərinin əsas təşkilatçısı kimi həbs olunaraq yenidən iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Cəza müddətinin əksəriyyətini çəkdikdən sonra yenə də əfv ərizəsi yazmadan yerli və beynəlxalq ictimaiyyətin tələbi ilə azadlıqa buraxılıb. Arif Hacılı iki dəfə beynəlxalq “Amnesty İnternasional” teşkilatı tərəfindən Vicdan Məhbusu elan edilib. 2003 cü ildə qeyri qanuni həbs olunması, 2005 ci ildə deputat mandatının oğurlanması ilə bağlı Azərbaycan hakimiyyətinə qarşı irəli sürdüyü iddialarla əlaqədar iki dəfə Avropa İlsan Haqları Məhkəməsində Əliyev hökumətinə qalib gəlib. Qeyri qanuni həbs və seçki hüquqlarının pozulmasına dair Azərbaycan hökumətinə qarşı qaldırdığı daha iki iddia Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır.
Müsavat Partiyasının Başqanlığl