ALDE bu günkü qurultayında Müsavat Partiyası haqqında müsbət qərar çıxarıb

ALDE bu günkü qurultayında Müsavat Partiyası haqqında müsbət qərar çıxarıb

Avropa Liberal Demokratlar İttifaqı Varşavada qurultay keçirir. Qurultayda iştirak edən Müsavat təmsilçilərinin verdiyi məlumata görə ALDE Müsavat Partiyası barədə müsbət qərar çıxardıb.

sa

Müsavat Partiyasının başqan müavini Səxavət Soltanlı və Divan üzvü Alya Yaqublu beynəlxalq və çox önəmli tədbirdə Müsavatı təmsil edir.

Tədbir haqda təəssuratlarını “Basta” əməkdaşı ilə bölüşən Səxavət Soltanlı deyib: “Ölkələrində hakimiyyətdə təmsil olunan, nazir, nazir müavini, parlament nümayəndəsi, aparıcı müxalifət partiya rəhbərləri, Avropa Parlamentinin üzvləri olan 800-dən çox liberal insan Varşavaya toplaşıb.”

“Həm yeni seçkilər keçirilir həm də dünyada baş verənlər müzakirə olunur.İnsanlığa, həm də liberalizimə qarşı aparılan “müharibə”lər- baş verən vəhşiliklərdən tutmuş qanunsuz və haqsız davranışlara qarşı sivil mübarizə yolları ətrafında fikir mübadiləsi aparılır. Ən maraqlı çıxışlardan birini edən ALDE-nin (Avropa Liberallar və Demokratlar İttifaqı) Avropa Parlamentindəki qrupunun rəhbəri Guy Verhofstadt çıxışının sonunda təxminən belə dedi ki, 2016-da baş verənlərə görə ağlaşma qurmaq yox, iş görmək lazımdır ki, 2017-i yaxşı olsun”- deyə Səxavət Soltanlı əlavə edib.

“Dünəndən başlayan tədbir bu gün də baş tutub və sabah davam edəcək. ALDE sədri və liderləri ilə, Avropa parlamentinin üzvləri ilə, komissiya sədrləri ilə, Almaniyadan, Hollandiyadan, Belçikadan, Ukraynadan, Rusiyadan, Bolgaristandan, Gürcustandan olan müttəfiqlərimizlə görüşüb fikir mübadiləsi aparmaq imkanimiz olub. Hal hazirda da bu goruslər davam edir. Sabaha bəzi goruslərimiz planlasdirilir.”- deyə Səxavət Soltanlı bildirib.

Tədbirin digər iştirakçısı Müsavat Divanının üzvü Alya Yaqublu qurultayın verdiyi qərar barədə bu sözləri deyib – “Avropa Liberallar və Demokratlar İttifaqının bugünkü toplantısında Avropanı, o cümlədən dünyanı narahat eləyən ciddi məsələlər müzakirə olundu, qaçqın problemindən çıxış yolları barədə təkliflər səsləndi, ittifaqın Avropa Parlamenti deputatlığına namizədləri seçildi.”

“Müsavatın qurumda qalması məsələsi də səsə qoyuldu. Daha öncə ittifaqın prezidenti Hansvan Baalen partiyamızın fəaliyyəti və üzvlük haqqı verə bilməməmizin səbəbləri haqqında danışdığı üçün hamı yekdilliklə lehimizə səs verdi – Alya Yaqublu əlavə edib.

Avropa Liberal Demokratlar İttifaqının Varşavada keçirdiyi qurultayında Müsavat Partiyası haqqında qərar çıxardığını müsbət qiymətləndirən Müsavat başqanı Arif Hacılı bu haqda belə deyib:

“Avropa Liberal Demokratlar İttifaqı Varşavada keçirdiyi qurultayında Müsavat Partiyası haqqında qərar çıxarıb. Azərbaycandakı vəziyyət nəzərə alınmaqla Müsavat üzvlük haqqı ödəmədən bu qurumun üzvü olacaq.

Bu qərarın qəbul edilməsi, Müsavat Partiyasına aid ayrıca məsələnin qurultayda müzakirə olunaraq müsbət həll olunması həm Müsavat, həm də Azərbaycan demokratik düşərgəsi adına ciddi uğurdur.

Müsavat üzvlərini, bütün müsavatsevərləri təbrik edirəm.”

Könül Alı, Bastainfo.com

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir