Blog

Arif Hacılı

basqan-arif-beyArif Mustafa oğlu Hacılı 1962 ci il Yanvar ayının 22 də Zaqatala rayonunun Yuxarı Tala kəndində anadan olub. Orta təhsilini Zaqatala rayonu Yuxarı Tala kənd 1 saylı orta məktəbdə alıb. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsəni bitirib. İlk gəncliyi illərində inşaat briqadasında fəhlə, yerli radio verilişləri redaksiyasında redaktor işləyib. Bu illərdə müxtəlif yerli Sovetlərə deputat seçilib.

Xalq Hərəkatına tələbə ikən, 1988 ci ildə Bakıda keçirilən noyabr mitinqləri zamanı qoşulub. 1989 cu ildə Zaqatalada AXC nin yerli təşkilatının yaradıcılarından biri və lideri olub. 1989 cu ilin sentyabr ayında AXC Ali Məclisinin üzvü seçilib. 1989 cu ilin sonu, 1990 cı ilin əvvəllərində AXC nin parçalanmasının qarşısının alınması, 20 yanvar hadisələrindən sonra isə bu təşkilatın toparlanması üçün xüsusi fəallıq göstərən Ali Meclis üzvlərindən biri olub. 1990 cı ildə 204 saylı Zaqatala seçki dairəsindən Azəbaycan Xalq deputatı seçilib. Azərbaycan Parlamentinin ən gənc üzvlərindən biri olub. Parlamentdəki ilk çıxışında Azərbaycanın üçrəngli istiqqlal bayrağının parlamentin iclas zalına gətirilməsini,bu bayrağın parlament üzərinə qaldırılmasını tələb edib. Leninin büstünün və sovet bayrağının parlamendən götürülməsini tələb etməsi buradakı kommunist çoxluğun ciddi etirazlarına səbəb olmaqla yanaşı ölkədə əks səda doğurub. Arif Hacılı 1991 ci ildə SSRİ nin saxlanması naminə keçirilən referendumun əleyhinə səs verən 43 istiqlalçı millət vəkilindən biridir.Bu referenduma qarşı parlamentin binasında başlayan 10 günlük aclıq aksiyasında Əbülfəz Elçibəy və digər 9 millət vəkili ilə birlikdə iştirak edib. 1991 ci ildə yaranan Azərbaycan Ali Soveti Milli Şurasının, və Milli Məclisin üzvü olub.Həmin il Axc Ali Məclisinin Rəyasət heyətinin üzvü, sonra isə AXC Ali Məclisinin sədri seçilib. Arif Hacılı Ə.Elçibəyin hakimiyyəti dövründə Azərbaycan Respublikasının Ərazi Hakimiyyət və İdarəetmə Orqanları ilə İş üzrə Dövlət Müşaviri vəzifəsində yerli icra hakimiyyəti strukturlarının işinə rəhbərlik edib. Dövlət Ərzaq komissiyasının sədri kimi ölkənin ərzaq böhranından çıxmasında mühüm rol oynayıb. Ağdərə, Füzuli, Qubadlı, Ağdam və digər rayonların ərazilərinin erməni silahlı birləşmərinin hücumlarından müdafiəsinın təşkilində və bəzi döyüş əməliyyatlarında bilavasitə iştirak edib. 4 iyun qiyamının nəticələrinin aradan qaldırılması,prezident Elçibəyin səlahiyyətlərinin qiyam yolu ilə əlindən alınmasına qarşı açıq müqavimətin təşkilnə cəhd edən dövlət xadimlərindən biri olub.

1992 ci İldə Müsavat Partiyasının Bərpa Mərkəzi yarandığı gündən Müsavat partiyasının Berpa Merkezinin üzvü, 1994 cü ildən Müsavat partiyasının Seçki, Təşkilat məsələləri katibi,sonralar müavini, 2006 cı ildən Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri olub. Arif Hacılı partiya quruculuğunda,ana müxalifət olaraq Müsavatın apardığı siyasi mübarizədə ,partiyanın iştirak etdiyi seçki kampaniyalarında misilsiz xidmətlərə malikdir. 1998 ci ildən Elçibəyin yaratdığı və sədri olduğu Büröv Azərbaycan Birliyinin sədr müavini olub. 1998 ci və 2000 ci ilərdə keçirilən kütləvi aksiyaların ,mitinq və nümayişlərin əsas təşkilatçılarından biri kimi dəfələrlə saxlanılıb və həbs edilib.

Arif Hacılı Azərbaycanın siyasət tarixində ən güclü seçki kampaniyarından sayılan 2000 ci il parlament seçkiləri və 2003 cü il prezident seçkiləri zamanı təşkil olunan,müstəqil müşahidəçilərin rəyinə görə birində Müsavat Partiyasının,digərində isə Müsavat Partiyasının namizədi olan İsa Qəmbərin qalib gəldiyi seçki kampaniyalarına rəhbərlik edib. Son illərdə Azərbaycanda keçirilən ən kütləvi siyasi aksiya olan 12 oktyabr 2003 cü il tarixli mitinqin təşkilatçılarından biri və aparicisi olub. 16 oktyabr 2003 cü il tarıxdə Prezident seçkilərinin nəticələrinin saxtalaşdirilmasina qarşı keçirilən etiraz aksiyasının əsas təşkilatçılarından biri kimi həbs olunaraq 5 il müddətinə azadlıqdan məhrum edilib. Arif Hacılı 2005 ci ildə əfv ərizəsi yazmadan Azərbaycan ictimaiyyətinin və beynəlxalq qurumların tələbləri nəzərə alınaraq azadlığa buraxıldıqdan sonra 110 saylı Zaqatala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb,seçkilərdə 10 mindən çox seçicinin səsini toplayaraq bunu bütün məntəqələrdən olan protokollarla təsdiq etməyə nail olsa da bu dairədə seçkilərin nəticələri ləğv edilib, Arif Hacılı növbəti dəfə parlamentə buraxılmayıb. Arif Hacılı 2009 cu ildə iki dəfədən artıq Prezident seçilməyə qoyulan Konstitusiya qadağasının aradan qaldırılması ilə bağlı keçirilən referendum zamanı buna etiraz məqsədi ilə Müsavat partiyası tərəfindən yaradılmış «Respublikaçılar» referendum qrupunun ümummilli kampaniyasına rəhbərlik edib. Arif Hacılı 2011 ci ildə «Ərəb Baharı» adlanan siyasi fəallıq dönəmində Müsavat partiyasının təşkil etdiyi 12 mart və İctimai Palatanın təşkil etdiyi 2 aprel mitinqlərinin əsas təşkilatçısı kimi həbs olunaraq yenidən iki il yarım müddətinə azadlıqdan məhrum edilib. Cəza müddətinin əksəriyyətini çəkdikdən sonra yenə də əfv ərizəsi yazmadan yerli və beynəlxalq ictimaiyyətin tələbi ilə azadlıqa buraxılıb. Arif Hacılı iki dəfə beynəlxalq «Amnesty İnternasional» teşkilatı tərəfindən Vicdan Məhbusu elan edilib. 2003 cü ildə qeyri qanuni həbs olunması, 2005 ci ildə deputat mandatının oğurlanması ilə bağlı Azərbaycan hakimiyyətinə qarşı irəli sürdüyü iddialarla əlaqədar iki dəfə Avropa İlsan Haqları Məhkəməsində Əliyev hökumətinə qalib gəlib. Qeyri qanuni həbs və seçki hüquqlarının pozulmasına dair Azərbaycan hökumətinə qarşı qaldırdığı daha iki iddia Avropa İnsan Haqları Məhkəməsinin icraatındadır. Arif Hacılı 2013 cü ildə keçirilən Prezident seçkilərində Müxalifətin vahid namizədi Cəmil Həsənlinin seçki qərargahının sədrlərindən biri olub. 2014 cü ildə Müsavat partiyasinda alternativ qaydada keçirilən başqan seçkilənində qalib gəlib. Hazırda Müsavat Partiyasının başqanıdır

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *