İnsanlara Hürrìyyət, Mìllətlərə İstìqlal!

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Görülən işlər və qərarların icrası barədə Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlının məlumatı dinlənilib.

Başqan müavini Tofiq Yaqublu ABŞ və Hollandiya səfirliklərində keçirdiyi görüşlər barədə məlumat verib.

Başqan müavini Səxavət Soltanlı  və Divan üzvü Alya Yaqublunun dekabrın 1-3-də Polşanın paytaxtı Varşava şəhərində Avropa Liberal Demokrat İttifaqının  keçirilən qurultayı, oradakı çoxsaylı görüşlər, Azərbaycan və Müsavat Partiyası ilə bağlı müzakirə edilən məsələlər barədə ətraflı məlumat nəzərə çatdırılıb. Səfərin nəticələri ölkə və Müsavat Partiyası üçün uğurlu qiymətləndirilib.

İclasda partiya başqanı Arif Hacılının, müavinlər – Tofiq Yaqublunun, Elman Fəttahın, Divan üzvləri – Razim Əmiraslanlının, Nemət Kərimlinin, Məclis üzvü Kərimxan Zeynalovun “heykəl məhbusu”  Bayram Məmmədovun məhkəmə prosesində iştirakı barədə məlumat verilib.

İclasda Divan üzvü Nemət Kərimli Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən Nardaran hadisələri ilə əlaqədar  məhkəmə prosesində baş verən qanunsuzluqlardan danışıb. Divan partiya fəalı Raymonda Əliyevanın polis tərəfindən qanunsuz olaraq evindən polis idarəsinə aparılmasını, məcburi qaydada sosial şəbəkədə paylaşdığı statusların pozdurulmasını, insan hüquqlarına, konkret olaraq azadlıq və ifadə hüququna zidd olduğunu bir daha bəyan edib.

Divanda enerji daşıyıcılarının qiymətlərinin qaldırılmasının əhalinin onsuz da pis olan sosial vəziyyətini daha da ağırlaşdıracağı, bu qərarın həm də zəruri tələbat mallarının qiymətinin artımına təsir edəcəyi vurğulanıb.

Sonda cari məsələlərə baxılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir