Blog

İsa Qəmbər

isa-q%c9%99mb%c9%99rQəmbər İsa Yunis oğlu — Azərbaycan siyasi xadimi, Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərinin icraçısı (may-iyun 1992), Azərbaycan Respublikası Milli Məclisin sədri (1992-1993), Müsavat Partiyasının başqanı (1992-hal-hazırda).

Siyasi karyerası

1990-cı ildə xalq deputatı seçilib. 1991-ci ildə Azərbaycan Ali Soveti Milli Şurasında Xarici İşlər komissiyasına sədrlik edib. 1992-ci ilin may ayında Ali Sovetin sədri seçilib. 1992-ci il may-iyun aylarında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini icra edib. Müsavatı bərpa edən mərkəzə rəhbərlik edib və 1992-ci ilin noyabr ayında Müsavat Partiyasının III Bərpa Qurultayında təşkilatın başqanı seçilib.

4 iyun qiyamından sonra Azərbaycan dövlətçiliyi və əhalinin təhlükəsizliyi naminə Ali Sovetin sədri vəzifəsindən istefa verib. Sonra qiyamçılar tərəfindən həbs edilib.İctimaiyyətin və dünya demokratiyasının təzyiqi nəticəsində bir aydan sonra həbsdən azad olunub. Hazırda Müsavat Partiyasının başqanıdır.

29 mart 2003-cü ildə 14 partiyanın daxil olduğu Demokratik Konqresin Məclisinin, 18 iyun 2003-cü ildə Müsavat Partiyası Məclisinin qərarı ilə prezidentliyə namizədliyi irəli sürülüb. «Bizim Azərbaycan» blokunda birləşən 21 siyasi partiya, 10-larla ictimai təşkilat onun namizədliyini müdafiə edib. 2003-cü il Prezident seçkilərinin rəsmi nəticələrinə görə 8 namizəd arasında 13.97% səs toplayaraq 2-ci yer tutub.

2005-ci il Parlament seçkilərində namizədliyi «Azadlıq» blokunun təmsilçisi kimi Nərimanov ikinci seçki dairəsindən, 2010-cu ildə isə AXCP-Müsavat seçki bloku tərəfindən Yasamal birinci seçki dairəsindən irəli sürülüb.

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *