Blog

Müsavatçı Qadınlar Birliyi Bəyanat yaydı – “Təqiblərə son qoyulsun!”

Müsavatçı Qadınlar Birliyinin Bəyanatı

yhe

Müsavat Partiyasının fəalı, Qadınlar Birliyinin Şura üzvü Raymonda Əliyeva bu gün səhər saatlarında 35-ci polis bölməsinə çağırılıb və az sonra telefonu söndürülüb.

Yayılan məlumata görə, onun istifadə etdiyi noutbuk müsadirə edilib. Müsavatçı xanımın indi harada olması məlum deyil.

Müsavatçı Qadınlar Birliyi bu hadisənin Raymonda Əliyevanın icimai-siyasi fəallığı və sosial şəbəkədə haqsızlığa qarşi barışmaz mövqe sərgiləməsiylə bağlı olduğu qənaətindədir.

Hakimiyyət öz səriştəsiz iqtisadi siyasəti, manatın günbəgün dəyərdən düşməsi, xüsusilə də işığın və qazın qiymətlərinin artması nəticəsində baş verə biləcək etirazları önləmək, əhalidə xof yaratmaq istəyir.

Müsavatçı Qadınlar Birliyi hakimiyyətin bu addımını həm də siyasi fəaliyyətlə məşğul olan qadınlarara qarşı repressiya siyasətinin davamı kimi qiymətləndirir, Raymonda Əliyevaya qarşı təqiblərə dərhal son qoyulmasını tələb edir.

Bastainfo.com

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *