Blog

Üç yaralı musavatçını gizlədiyinə görə 15 il həbs almış bir qadının məktubu

12Qarlı-çovğunlu, şaxtalı günlərdir Ukraynada…

Saat 4-də yola çıxdıq ki, saat 10-da konfransın açılışına çata bilək -7 nəfərik nümayəndə heyəti, Karpat dağlarına tərəf 430 km yol gedib, geri qayıtmalıydıq.

1943-cü ilin eyni günlərində başqa xalqların nümayəndələri Ukrayna Müqavimət Ordusuna qoşulmuş, faşizmə və bolşevizmə qarşı silahlı müqavimət göstərmək qərarı vermişdilər.

Azərbaycanlılar (xüsusən musavatçılar) bu müqavimətdə ən çoxsaylı olmuşlar- bir batolyon (180 nəfər) və bir kəşfiyyat rotası (36 nəfər) həyatlarını azadlıq idealları uğrunda qurban veriblər.

Cəmi bir neçə nəfər sağ qalıb, Avropaya keçə bilib.

Yerli unversitetin tarix professoru Norilsk ölüm düşərgəsindən ünvanına çatmayan bir məktub oxudu (arxivdən yeni verilib). Üç yaralı musavatçını evində gizlədiyinə görə 15 il həbs almış bir qadının məktubunu yetmiş ildən sonra (1946-da yazılıb) nəvəsinə verdilər..

Həmin məktubda musavatçıların tərbiyəsi, davranışı, dönməzliyi sətirləri var. Məktubu oxuyunda zalda ağlayanlar vardı.

O, Böyük Qadın onları satmayıb, həbs olunmağı seçib..

Nəvəsi rəyasət heyətində yanımda oturmuşdu- atası uşaqlıq illərinin ən xoş xatirəsi olaraq həmən günlərdən oğluna da danışıb.

P.S. Stolun ustündə qoyulmuş bayraqlardan birincisi Azərbaycanın bayrağıdır- qırmızı rəngi çoxdur, məktəbin direktoruna iradımı bildirdim, ona özümlə gətirdiyim standart ölçülü bayraq təqdim etdim.
P.P.S. Tədbirdə dörd deputat da iştirak edirdi, Krım-Tatar Məclisinin Sədri, xalq deputatı Refat Çubarov rəyasət heyətində idi, digərləri zalda, məktəb zalı dolu idi, mətbuat nümayəndələri, Tv-lər də çox idi. …

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *