Blog

Müsavat Ermənistanda keçirilən seçkilərə münasibət bildirdi

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda görülən işlər və qərarların icrası barədə məlumat dinlənilib.

Divanda 31 mart 1918-ci ildə Bakıda və ölkənin digər bölgələrində erməni-daşnaklar tərəfindən kütləvi qətliama məruz qalmış minlərlə insanların xatirəsinin Şəhidlər Xiyabanında yad edilməsi təqdirəlayiq hesab edilib.

Gənc bloger Mehman Hüseynovun Apellyasiya məhkəməsi prosesində Müsavat rəhbərliyinin iştirakı barədə məlumat verilib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Giləzi rayonunda gizir Rafil Novruzovun şəhidliyinin ildönümü münasibəti ilə məzarının ziyarəti barədə məlumat verib.

Başqan müavini Fərəc Kərimli Müsavatçı Gənclər Təşkilatının 2 aprel döyüşləri münasibəti ilə Sumqayıtda Şəhidlər Xiyabanının ziyarəti haqqında bildirib.

İclasda kütləvi tədbirlər keçirilməsi məsələsi müzakirə edilib.

Divanda Ermənistanda keçirilmiş parlament seçkilərinin kütləvi şəkildə saxtalaşdırılması pislənilib və bu, Cənubi Qafqazda demokratikləşmənin əngəllənməsinin növbəti addımı kimi qiymətləndirilib.

Sonda cari məsələlərə baxılıb.

03 aprel  2017-ci il

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *