Müsavat ölkədən çıxarılan 1 milyard avronun hesabatını istəyir — DİVAN

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda görülən işlər və qərarların icrası barədə məlumat dinlənilib.

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda görülən işlər və qərarların icrası barədə məlumat dinlənilib.

Divanda Müsavat Partiyasının başqanı Arif Hacılı öz müşavirləri ilə görüşü barədə məlumat verib. Görüşdən sonra bəzi müşavirlərin, rayon təşkilatı sədrlərinin, partiya fəallarının polis idarələrinə çağırılmaları siyasi partiyaların fəaliyyətinə təzyiq kimi qiymətləndirilib.

Müsavat Partiyası İcra Aparatının rəhbəri Gülağa Aslanlı İsveçdə keçirdiyi görüşlər barədə məlumat verib.

Başqan müavini Elman Fəttah dövlət sərhəddini keçərkən gömrük və sərhəd qoşunları işçiləri tərəfindən saxlanılması və qeyri-qanuni yoxlamalara məruz qalması barədə məlumatı Divan üzvlərinə çatdırıb.

Cəbrayıl rayon təşkilatının seçkili orqanlarının buraxılması və 7 nəfərdən ibarət Təşkilat Komitəsinin yaradılması barədə qərar verilib. Partiyanın Xızı rayon təşkilatında Təşkilat Komitəsinin  buraxılaraq 5 nəfərdən ibarət yeni Təşkilat Komitəsi yaradılıb. Hər iki Təşkilat Komitəsinə 01 iyul 2017-ci il tarixədək rayon təşkilatı strukturlarının, seçkili orqanlarının formalaşdırılması tapşırığı verilib.

İtalyan firması vasitəsi ilə 1 milyard avronun ölkədən çıxarılması, MSK-nın bülleten çapında qiymətlərin şişirdilməsi korrupsiya faktları kimi dəyərləndirilib. Bu barədə hüquqi araşdırmaların başlanması, xalqa izahat verilməsi hakimiyyətdən tələb edilib.

Sonda cari məsələlərə baxılıb.

10 aprel  2017-ci il

 

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *