Müsavat Partiyasının 24 aprel 2017-ci il tarixli Divan iclası keçirilib

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Divan vaxtsız ölümünün ikinci ilində gənc müsavatçı Nərgiz Yaqublunu yad edib.

Daha sonra görülən işlər və qərarların icrası barədə Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının, başqan müavini Səxavət Soltanlının, Divan üzvü Razim Əmiraslanlının verdiyi məlumatlar dinlənilib.

Başqan müavini Elman Fəttah Şəki rayon İcra Hakimiyyətinə qarşı M.F.Axundzadə ilə bağlı Şəki rayon təşkilatının keçirmək istədiyi tədbirə yer verilməməsinə görə Müsavat Partiyasının məhkəmə şikayəti haqda məlumat verərək bildirib ki, Şəki İqtisad Məhkəməsinin qərarından Apellyasiya şikayəti üzrə məhkəmə baxışı 05 may 2017-ci il tarixə Şəki Apellyasiya məhkəməsinə təyin edilib.

Başqan müavini Fərəc Kərimli Müsavat Partiyası Cəlilabad rayon təşkilatının 23 aprel 2017-ci ildə keçirdiyi növbəti hesabat-seçki yığıncağı haqqında məlumat verib. Alternativ namizədlərlə keçirilən seçkidə Akif Bədirli Cəlilabad təşkilatının sədri seçilib. Yığıncaqda Müsavat başqanı Arif Hacılı, başqan müavini Fərəc Kərimli, MNTK üzvü Xuraman Bağırova, İcra Aparatının şöbə müdiri Yusif Tağı iştirak edib.

İclasda təşkilati məsələyə baxılıb. Vicdan məhbusu Elvin Abdullazadənin Müsavat Partiyasına üzvlüklə rəsmi müraciəti özünün iştirakı ilə müzakirə olunub. E.Abdullazadə Müsavat Partiyası üzvlüyünə qəbul edilib.

Divan ölkədə və dünyada ictimai-siyasi prosesləri geniş müzakirə edib. Fransada keçirilən prezident seçkilərinin birinci turunun nəticələri Avropada ultrasağ axınının səngiməyə başlaması, bütövlükdə Avropa Birliyi daxili inteqrasiya problemlərinin həllinə müsbət mənada təsir edəcək mühüm hadisə kimi qiymətləndirilib.

Sonda cari məsələlərə baxılıb.

24 aprel  2017-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir