Mwsavat Türkiyədə keçirilən referendumu müzakirə edib

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Güney Azərbaycanda sel fəlakəti nəticəsində həlak olanların xatirəsi yad edilib.

İclasda Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı  qərarların icrası və görülən işlər barədə məlumat verib.

Müsavat Partiyasının başqanı Arif Hacılı ABŞ-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə bağlı tədbirdə iştirakı haqqında Divan üzvlərini məlumatlandırıb.

Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli Gənclər Təşkilatı üzvlərinin Tbilisi şəhərində keçirilən beynəlxalq tədbirdə iştirakı barədə məlumat verib.

Partiya strukturlarının möhkəmləndirilməsi, xüsusilə rayon təşkilatlarının fəaliyyətinin genişləndirilməsi ilə əlaqədar görüləcək işlər müzakirə olunub. Kuratorlara müvafiq tapşırıqlar verilib.

Divanda Türkiyədə keçirilən  referendum məsələsi geniş müzakirə olunub.

Sonda cari məsələlərə baxılıb.

17 aprel  2017-ci il

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *