“Mehman Qələndərovun müəmmalı ölümü və siyasi məhbuslara işgəncə xəbərləri hiddət doğurur” – Divan

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

Görülən işlər və qərarların icrası barədə Divan üzvü Razim Əmiraslanlının verdiyi məlumatlar dinlənilib.

Partiya daxili məsələlərdə yerli strukturların hesabat-seçki yığıncağına hazırlıqları geniş müzakirə edilib. Yerli strukturlar üzrə kurator müavinlərə və Divan üzvlərinə görüləcək təşkilati işlərlə bağlı müvafiq tapşırıqlar verilib.

28 May – Respublika günü ilə bağlı partiyanın keçirəcəyi tədbirə hazırlıqlara başlanılması haqqında fikir mübadiləsi aparılıb.

Mehman Qələndərovun Bakı İstintaq Təcridxanasında müəmmalı ölümü, vicdan məhbusları – İlkin Rüstəmzadəyə DTX tərəfindən təzyiq edilərək əməkdaşlığa sövq edilməsi, razılaşmayacağı təqdirdə ömürlük həbsdə qalacağı ilə təhdid olunması, “heykəl məhbusu” Bayram Məmmədova işgəncə verilməsi haqqında yayılan məlumatların hiddət doğurduğu bildirilib. Bu haqda Müsavat Partiyasının ayrıca bəyanatının yayılması qərarlaşdırılıb.

Divan ölkədə və dünyada gedən ictimai-siyasi prosesləri geniş müzakirə edib.

Sonda cari məsələlərə baxılıb.

01 may  2017-ci il

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir