Müsavat Azərbaycan hakimiyətindən Əfqan Muxtarlının dərhal azad edilməsini tələb edir

Müsavat Partiyasının

BƏYANATI

Dünən araşdırmaçı jurnalist Əfqan Muxtarlının Tbilisidə itkin düşməsi ilə bağlı bir gün davam edən axtarışlardan sonra onun xüsusi xidmət orqanları tərəfindən evə gedərkən Tbilisinin mərkəzində oğurlanaraq Bakıya gətirildiyi barədə məlumat yayılıb.

Dövlət Sərhəd Xidmətində saxlanılan Əfqan Muxtarlı ilə 29 may axşam saatlarında vəkillə görüşdükdən sonra onun Cinayət Məcəlləsinin 318 (dövlət sərhədini pozma) və 206.1 (qaçaqmalçılıq) maddəsi ilə günahlandırıldığı məlum olub. Vəkil Əfqan Muxtarlının dediklərinə əsasən eyni zamanda onun saxlanılmasında Gürcüstan  xüsusi xidmət orqanlarının iştirak etdiyinə dair ciddi şübhələrin olduğunu, saxlanılarkən və Bakıya gətirilərkən döyüldüyünü, üzündə qançır izlərinin olduğunu, işgəncəyə məruz qaldığını deyib.

Müsavat Partiyası Azərbaycan hökümətinin tənqidçisi jurnalist Əfqan Muxtarlıya qarşı baş verənləri qanunsuz sayır, Tbilisidə saxlandığı halda guya sərhədi pozması kimi absurd ittiham verilməsini inanılmaz riyakarlıq hesab etməklə, xüsusi xidmət orqanlarının Gürcüstan ərazisində keçirdiyi həbs əməliyyatını və ona qarşı münasibəti vandalizm hadisəsi kimi qiymətləndirir, Azərbaycan hakimiyətindən onun dərhal azad edilməsini tələb edir.

Müsavat Partiyası eyni zamanda Gürcüstan hökümətinin jurnalist Əfqan Muxtarlıya qarşı törədilən bu cinayət hadisəsinin ciddi araşdırılmasını gözlədiyini bildirir.

31 may 2017-ci il

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *