Müsavat Divanı Daşqın Ağalarlıya qgörə Gürcüstana basqıları pislədi — 15.05.2017

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı  görülən işlər barədə  məlumat verib.

Müsavat Partiyasının başqanı Arif Hacılı Türkiyəyə səfəri, Azərbaycan Kültür Dərnəyində və digər görüşləri barədə məlumat verib.

Divan üzvü Alya Yaqublu Avropa Qadınlar Akademiyasının təşkilatçılığı ilə  keçirilən “Seçki məsələləri” mövzusunda  beynəlxalq konfrans barədə məlumat verib.

Divanda Azərbaycan xalqının 15 may 1993-cü ildə ikinci dəfə öz hakimiyyətini qurması ilə bağlı fikir mübadiləsi aparılıb.

Müsavat Partiyası Avropa dəyərlərinə hörmət edən, avrointeqrasiya xətti yeridən Gürcüstan dövlətinin Azərbaycan hökuməti tərəfindən təzyiqlərə məruz qalan Daşqın Ağalarlıya və digər siyasi aktiv şəxslərə qarşı mənfi münasibəti haqqında məlumatlardan narahat olduğunu bildirir, Gürcüstan hökumətini bu məsələdə insan haqları və demokratiya prinsiplərinə hörmətlə yanaşacağına ümid edir.

İclasda Müsavat Partiyasında 28 May – Respublika Gününə həsr olunan şahmat turnirinin yarımfinalı barədə  məlumat verilib.

Sonda cari məsələlərə baxılıb.

15 may 2017-ci il

Добавить комментарий

Ваш e-mail не будет опубликован. Обязательные поля помечены *