Müsavat Respublika gününə hazıraşır – 22.05.2017

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.

İclasda Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı  görülən işlər barədə  məlumat verib.

Müsavat Partiyasının başqanı Arif Hacılı müşavirlərilə görüşü, regionlardakı vəziyyət barədə  onlarla aparılan müzakirələr haqqında məlumat verib.

İclasda Müsavat Partiyasında 28 May – Respublika Gününə həsr edilmiş şahmat turnirinin finalı barədə  məlumat dinlənilib. Divan adından Allahverdi Mahmudov və turnirin digər qalibləri təbrik edilib.

İclasda Divana daxil olan müraciətlər haqqında müzakirələr aparılıb.

İclasda 28 May – Respublika Günü münasibətilə 28 may saat 11:30-da Novxanı kəndində, M.Ə.Rəsulzadənin abidəsi önündə keçiriləcək bayram tədbirinə hazırlıqlar müzakirə edilib.

Sonda cari məsələlərə baxılıb.

22 may 2017-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir