Müsavat Partiyası Saday Hacılının həbsi ilə bağlı bəyanat yayıb

Müsavat Partiyasının
BƏYANATI
Müsavat Partiyasının Məclis üzvü Saday Hacılı həbs edilib.
Bu gün səhər saatlarında Müsavat Partiyasının Məclis üzvü Saday Hacılı Şirvan şəhər Polis İdarəsinə aparılıb. İdarədə heç bir əsas göstərilmədən Saday Hacılıya “polisə tabe olmamaq” ittihamı irəli sürülüb. Vəkilllə təmin edilmədən, ailəsi və yaxınları məlumatlandırılmadan aparıldığı məhkəmə onun haqqında 20 sutkalıq həbs cəzası barədə qərar verib.

S.Hacılı Müsavat Partiyasının Şirvan rayon təşkilatının rəhbərliyində təmsil olunur, eyni zamanda təcrübəli seçki mütəxəssisidir.
S.Hacılının Parlament seçkiləri ərəfəsində uydurma ittihamla həbs edilməsi rejimin seçki repressiyasına start verməsinin açıq nümayişidir.
Müsavat Partiyası Azərbaycan hakimiyyətindən müxalifət nümayəndələrinə qarşı apardığı təqib və təzyiqlərə son qoymağı, partiyanın Məclis üzvü Saday Hacılını, eləcə də bütün siyasi məhbusları dərhal azad etməyi tələb edir.
27 avqust 2015

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir