Müsavat Partiyasının Leyla və Arif Yunuslara qarşı çıxarılan hökmlə baglı etiraz

 

BƏYANATI

Müsavat Partiyası Leyla Yunus və Arif Yunus barəsində Bakı Ağır Cuinayətlər məhkəməsi tərəfindən 13 avqust 2015-ci tarixində çıxarılmış ittiham hökmünü hiddətlə qınayır.

Leyla və Arif Yunusların bütün məhkəmə prosesinin faktiki olaraq qapalı keçirilməsi, ictimai fəalların, siyasi liderlərin, jurnalistlərin məhkəməyə qanunsuz olaraq buraxılmaması, eləcə də məhkəmə istintaqının tez-tələsik yekunlaşdırılması Yunuslara qurulan bu məhkəmə prosesində rejimin məqsədinin hansısa cinayət hadisəsinin araşdırılması yox, hakim siyasi iradənin əlində oyuncağa çevrilən məhkəmələr vasitəsilə total repressiya siyasətini nümayiş etdirmək olduğu hər kəsə, həm yerli, həm də beynəlxalq ictimaiyyətə tamamilə aydın oldu.

Səhhətində ciddi problemləri olan və təcili müalicəyə ehtiyacı olması barədə həyacanlı məlumatlar yayılan bir xanım haqqında əsassız və qanunsuz şəkildə 8 il 6 ay kimi uzun müddətli həbs qərarı çıxarılması, əslində Leyla Yunus haqda ömürlük həbs cəzasının verilməsidir.

Müsavat Partiyası hakimiyyətdən Yunuslara qarşı tətbiq edilən bu qisasçılıq siyasətinə son qoyulmasını, onların dərhal həbsdən azad edilərək keyfiyyətli müalicə ilə təmin edilməsini tələb edir.

18 avqust 2015-ci il

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir