Sentyabr 2017

S5 MP3 Player – плагин joomla Mp3 Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatının və “NİDA” Vətəndaş Hərəkatı birgə bəyanat yaydılar.

01 noyabr 2015-ci il tarixində keçiriləcək Parlament seçkilərində iştirak etmək barədə qərar qəbul edən Müsavat Partiyası, “REAL” Vətəndaş Hərəkatı və “NİDA” Vətəndaş Hərəkatı seçkilər dövründə fəaliyyətlərinin uzlaşdırılması barədə razılığa gəlib. Həmin təşkilatlar bu barədə birgə bəyanat qəbul edib. Bəyanatın tam mətnini təqdim edirik.

Müsavat Partiyası Saday Hacılının həbsi ilə bağlı bəyanat yayıb

Müsavat Partiyasının BƏYANATI Müsavat Partiyasının Məclis üzvü Saday Hacılı həbs edilib. Bu gün səhər saatlarında Müsavat Partiyasının Məclis üzvü Saday Hacılı Şirvan şəhər Polis İdarəsinə aparılıb. İdarədə heç bir əsas göstərilmədən Saday Hacılıya “polisə tabe olmamaq” ittihamı irəli sürülüb. Vəkilllə təmin edilmədən, ailəsi və yaxınları məlumatlandırılmadan aparıldığı məhkəmə onun haqqında 20 sutkalıq həbs cəzası barədə qərar verib. S.Hacılı Müsavat Partiyasının Şirvan rayon təşkilatının rəhbərliyində təmsil olunur, eyni zamanda təcrübəli seçki mütəxəssisidir. S.Hacılının Parlament seçkiləri ərəfəsində uydurma ittihamla həbs edilməsi rejimin seçki repressiyasına start verməsinin [...]

Müsavat Partiyasının Leyla və Arif Yunuslara qarşı çıxarılan hökmlə baglı etiraz

  BƏYANATI Müsavat Partiyası Leyla Yunus və Arif Yunus barəsində Bakı Ağır Cuinayətlər məhkəməsi tərəfindən 13 avqust 2015-ci tarixində çıxarılmış ittiham hökmünü hiddətlə qınayır. Leyla və Arif Yunusların bütün məhkəmə prosesinin faktiki olaraq qapalı keçirilməsi, ictimai fəalların, siyasi liderlərin, jurnalistlərin məhkəməyə qanunsuz olaraq buraxılmaması, eləcə də məhkəmə istintaqının tez-tələsik yekunlaşdırılması Yunuslara qurulan bu məhkəmə prosesində rejimin məqsədinin hansısa cinayət hadisəsinin araşdırılması yox, hakim siyasi iradənin əlində oyuncağa çevrilən məhkəmələr vasitəsilə total repressiya siyasətini nümayiş etdirmək olduğu hər kəsə, həm yerli, həm də [...]

İyun 2017