Tam mətn formasında buradan oxuya bilərsiniz

Məhəmməd Azər Aran

Azər Aran Tibb fakültəsinin üçüncü kursunda oxuyarkən, M. Ə. Rəsulzadə və bir çox siyasi mühacirlər Türkiyədən getmək məcburiyyətində qaldılar. Elə həmin vaxtdan (1931-ci ildən – N.Y.) Azər Aran bir çox dostları ilə Azərbaycan istiqlal davasının fəalları olaraq, ciddi işlər görürlər. Avropadan göndərilən “İstiqlal”, “Qurtuluş” kimi mətbuat vasitələrini alıb lazımi ünvanlara çatdırır, milli mətbuata xəbərlər, müxtəlif yazılar hazırlayırlar. Beləliklə, Müsavat Partiyasının və Azərbaycan Milli Mərkəzinin üzvü olurlar. Özü sonradan səmimiyyətlə etiraf edərmiş: “Biz daha gənc olmamış böyük yüklə yükləndik”. Azər Aran Sivasda (Türkiyədə şəhər – N. Y.) Əsgəri xəstəxanada Baş həkimlik edərkən, Türkiyə Anıtlar Dərnəyinin də üzvü olub, O, Qazi Bürhanəddinin məzarını tikdirib.