BU VƏTƏN BİZİMDİR !
Üzv ol
İNSANLARA HÜRRİYYƏT, MİLLƏTLƏRƏ İSTİQLAL!

HAQQIMIZDA

Müsavat Partiyası 1911-ci ildə Məhəmməd Əmin Rəsulzadənin İstanbuldan göndərdiyi təlimata əsasən Abbasqulu Kazımzadə, Məhəmməd Əli Rəsulzadə və Tağı Nağıyev (qısaca bir neçə keçmiş Hümmət Partiyası üzvü) tərəfindən yaradılmışdır. 1911-ci ildə əsası qoyulandan 1917-ci ildə Fevral inqilabına qədər Müsavat Partiyası gizli olaraq fəaliyyət göstərmişdir. Bu ilk mərhələdə Müsavat Rusiya İmperiyasında və Yaxın Şərqdə yaşayan müsəlman və türk-dilli millətləri milli azadlıq və demokratik müxtariyyət idealları ətrafında birləşdirməyə çalışmışdır.

Müsavat Partiyasının ilk proqramı 9 maddədən ibarət olub, İslami xarakter daşıyıb. 1913-cü ildən, Məhəmməd Əmin Rəsulzadə Bakıya qayıtdıqdan sonra Müsavat Partiyasının proqramı təkmilləşdirilib, türkçülük fikirləri ilə dolğunlaşdırılıb. 1915-ci ilin oktyabr ayında Məhəmməd Əmin Rəsulzadənin redaktorluğu ilə nəşrə başlayan “Açıq söz” qəzeti həm də Müsavat Partiyasının orqanı kimi çap olunub. Qəzet mətbuat tariximizdə “Türk ədəbi dili ilə” çap olunan ilk mətbu orqandır.

XƏBƏRLƏR VƏ MƏLUMATLAR

Müsavat Partiyasının bəyanatı!

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının ölkədən çıxışına qanunsuz olaraq qadağa qoyulub.İyunun 23 Avstriya paytaxtı Vyanada rəsmi tədbirdə iştirak etmək üçün bu ölkəyə səfərə yola

Daha ətraflı »

Əlaqə