Müsavat Partiyasının bəyanatı!

Müsavat Partiyasının bəyanatı!

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının ölkədən çıxışına qanunsuz olaraq qadağa qoyulub.İyunun 23 Avstriya paytaxtı Vyanada rəsmi tədbirdə iştirak etmək üçün bu ölkəyə səfərə yola düşən Arif Hacılı Bakı hava limanında saxlanılaraq geri qaytarılıb. Sərhəd xidmətinin əməkdaşı ölkədən çıxışına “məhdudiyyət” qoyulduğunu bildirib. Qadağanın hansı qurum tərəfindən və hansı səbəbdən qoyulduğu izah edilməyib. Arif Hacılı Vyanada Azərbaycanın iqtidar, müxalifət nümayəndələrinin, Milli Məclis üzvlərinin iştirakı ilə keçirilən tədbirə dəvət olunmuşdu. Bu formatda əvvəlki illərdə keçirilən tədbirlərdə Cənubi Qafqaz regionuna dair məsələlər müzakirə olunub. Arif Hacılı həmçinin Vyanada iyul ayının 3-4 də keçiriləcək Müsavat Partiyasının üzv olduğu ALDE nin növbəti Konqresində iştirak etməli idi. Müsavat Partiyası bu qadağanı Azərbaycanda insan haqlarının kobud pozuntusu faktı və hakimiyyətin müxalifətə qarşı təzyiqlərin davamı kimi qiymətləndirir. Hakimiyyət bu məhdudiyyətlərlə təkcə müxalifəti deyil, bütövlükdə Azərbaycanı beynəlxalq strukturlardan təcrid etmiş olur. Müsavat Partiyası Arif Hacılıya qarşı tətbiq edilən məhdudiyyətin dərhal aradan qaldırılmasını, ölkədə müxalifətə qarşı təzyiq və repressiya siyasətinə son qoyulmasını tələb edir.

Bənzər yazılar

Başsağlıqı

Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın Divanı fəal müsavatçı, Qarabağ qazisi, Şabran rayon təşkilatının üzvü Nəsrəddin Məmmədovun vəfatından kədərləndiyini bildirir, ailəsinə, yaxınlarına və əqidədaşlarına

Daha ətraflı »