İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar pislənilib – Divanın gündəliyi

İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar pislənilib – Divanın gündəliyi

İyunun 29-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda görülən işlər barədə məlumat dinlənilib.
Bildirilib ki, iyunun 24-də milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin doğum günündə, onun məzarı ziyarət edilib. İyunun 27-də Müsavat Partiyası Bərdə rayon təşkilatının hesabat seçki yığıncağı keçirilib.
Ölkədə və regionda baş verən hadisələr müzakirə edilib.
Divan üzvü Mirbaba Babayev “Toplum TV işi” üzrə məhkəmə prosesi barədə məlumat verib.
İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar pislənilib. Qeyd edilib ki, Azərbaycan və Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin getdiyi bir vaxtda İsrail hökumətinin bu mövqeyi qəbul edilməzdir. Bu mövqe təkcə Türkiyə ilə İsrail arasında yox, Azərbaycan ilə İsrail arasında da münasibətlərə zərbə ola bilər. Müsavat Divanı ümid edir ki, İsrail parlamenti bu zərərli layihənin qəbul olunmasına səs verməyəcək və bu ölkənin siyasi elitası zərərli mövqedən imtina edəcək.
ABŞ ilə İran arasında gedən danışıqlar prosesi və Ukrayna ilə Rusiya arasında müharibə ətrafında fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlər müzakirə olunub.

Bənzər yazılar

Müsavat Partiyasının bəyanatı!

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının ölkədən çıxışına qanunsuz olaraq qadağa qoyulub.İyunun 23 Avstriya paytaxtı Vyanada rəsmi tədbirdə iştirak etmək üçün bu ölkəyə səfərə yola

Daha ətraflı »

Başsağlıqı

Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın Divanı fəal müsavatçı, Qarabağ qazisi, Şabran rayon təşkilatının üzvü Nəsrəddin Məmmədovun vəfatından kədərləndiyini bildirir, ailəsinə, yaxınlarına və əqidədaşlarına

Daha ətraflı »