Arif Hacılı ALDE nin növbəti konqresində iştirak edib

ALDE nin növbəti Konqresi Vyana şəhərinin saraylar meydanında, ATƏT in mərkəzi ofisinin də yerləşdiyi möhtəşəm Hofburg Konqres Mərkəzində keçirilir. 30 dan çox ölkənin 70 dən çox siyasi partiya təmsilçisinin iştirak etdiyi AIDE nin 50 illiyinə təsadüf edən yubiley Konqresinin ilk iş günü başa çatdı. Ümümi müzakirələrlə yanaşı region və Avropa ölkələrinin siyasi partiya liderləri ilə […]

Müsavat rəhbərliyi ABŞ-ın Müstəqillik Günü münasibətilə keçirilən qəbulda iştirak edib

Müsavat rəhbərliyi ABŞ-ın Müstəqilliyinin 250 illiyi münasibətilə təşkil olunan qəbulda iştirak edibMüsavat Partiyasının başqanı İsa Qəmbər, Məclisin sədri Arif Hacılı və başqan müavini Mustafa Hacılı ABŞ müstəqilliyinin 250 illik yubileyi münasibətilə tərəfindən təşkil olunan rəsmi ziyafətdə iştirak ediblər.Müsavat rəhbərliyi qəbul zamanı tədbir iştirakçıları ilə görüşüb, fikir mübadiləsi aparıb və ABŞ xalqını Müstəqillik Günü münasibətilə təbrik […]

İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar pislənilib – Divanın gündəliyi

İyunun 29-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda görülən işlər barədə məlumat dinlənilib.Bildirilib ki, iyunun 24-də milli-azadlıq hərəkatının lideri, mərhum prezident Əbülfəz Elçibəyin doğum günündə, onun məzarı ziyarət edilib. İyunun 27-də Müsavat Partiyası Bərdə rayon təşkilatının hesabat seçki yığıncağı keçirilib.Ölkədə və regionda baş verən hadisələr müzakirə edilib.Divan üzvü Mirbaba Babayev “Toplum TV işi” üzrə […]

Müsavat Partiyasının bəyanatı!

Müsavat Partiyası Məclisinin sədri Arif Hacılının ölkədən çıxışına qanunsuz olaraq qadağa qoyulub.İyunun 23 Avstriya paytaxtı Vyanada rəsmi tədbirdə iştirak etmək üçün bu ölkəyə səfərə yola düşən Arif Hacılı Bakı hava limanında saxlanılaraq geri qaytarılıb. Sərhəd xidmətinin əməkdaşı ölkədən çıxışına “məhdudiyyət” qoyulduğunu bildirib. Qadağanın hansı qurum tərəfindən və hansı səbəbdən qoyulduğu izah edilməyib. Arif Hacılı Vyanada […]

İyunun 20-də Müsavat Partiyası Məclisinin sessiyası keçirilib

Məclisin sədri Arif Hacılı sessiyanın gündəliyini səsə qoyub. Partiya başqanı İsa Qəmbər ölkədə və regionda baş verən hadisələrlə bağlı məruzə ilə çıxış edib. İsa Qəmbər Ermənistanda keçirilən seçkilərdə rusiyapərəst qüvvələrin məğlub olmasını müsbət hal kimi qiymətləndirib.Başqan Ukrayna ordusunun Rusiya işğalına qarşı mübarizədə əldə etdiyi son uğurların da dünyada gedən proseslərə müsbət təsir edəcəyini vurğulayıb.İsa Qəmbər […]

Müsavat başqanının müavini ABŞ diplomatı ilə görüşdü

İyunun 17-də Müsavat başqanın müavini Nemət Kərimli ABŞ səfirinin siyasi məsələlər üzrə müşaviri Con Husey ilə görüşüb. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Müsavat Partiyasının fəaliyyəti, ölkədəki ictimai siyasi durum, insan haqlarının durumu və vəkillik fəaliyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Azərbaycanda siyasi məhbuslar, eləcə də məcburi müalicəyə göndərilən Müsavat fəalı Nizaməli Süleymanov və […]

Başsağlıqı

Müsavat Partiyasının başqanı Arif Hacılı və partiyanın Divanı fəal müsavatçı, Qarabağ qazisi, Şabran rayon təşkilatının üzvü Nəsrəddin Məmmədovun vəfatından kədərləndiyini bildirir, ailəsinə, yaxınlarına və əqidədaşlarına dərin hüznlə başsağlığı verir. Allah rəhmət eləsin.

Müsavat yalnız bu partiyalarla əməkdaşlıq edə bilər – Divanın gündəliyi

İyunun 21-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. İclasda İstiqlalçı millət vəkili İbrahim İbrahimlinin xatirəsi sayğı duruşu ilə yad edilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, qərarların icrası ilə bağlı məlumat dinlənilib. Ermənistanda və İranda keçirilən seçkilərin nəticələri, bunun Azərbaycanın xarici siyasətinə mümkün təsirləri barədə fikir mübadiləsi  aparılıb. Qeyd edilib ki, Rusiyanın Qafqazda siyasi məğlubiyyətə […]